Aslanyurdum

hamed3.jpg

bizimEV | BilgiSayar | Bizim dil | Siyast | Saytlar Adlari | Midia | Sevgil | Evlilik

Burda siz eyləyə bilərsiniz bir birivizi tanıyıb və onları bulasız türkcə türkcəni tanımaq yaxşıdır

 

Search for:

780167886.jpg

vətən

əzizim vətən yaxçı
koynagi kətan yaxçı
gürbət yer jənnət olsa
yenədə vətən yaxçı

Pazartesi, Ocak 16, 2006

Musiqi siti

Bir gözəl və dəyərli site tapmişam. Musiqiləri, məxsusən classic ahəngləri mənə hamıdan çox yapışdı. əlbəttə deməliəm ki bu site ərəb alfabetilə yazılıp və mən burda müstəqim musiqi parçasının linkin qoyuram bura.

Yeni il

Yeni təqvim ilini mən norvej məmləkətində geçitdim, əziz dayımın evində. Ilin təhvilindədə bir konsertə getdik ki oranın azərbaijanlıları tadarük görmüşdülər. Oynamax və oxumax çox yapışdı. Düzdür ki xanəndəni çox bəyənmədim amma eləki oynamax havasın, ləzgini goydular da dayanmax olmazıdı. Bir ağrıan dizinən zəndayınnan birlikdə ortada bir çaldırdıx ki gəl görəsən. Amma programın sonu hamıdan artix yapışdı, orda ki mənim dayımı ortaya çağırdılar ki o gözəl səsilə bir neçə mahnı bizim için oxuya və necə gozəl oxudu!

Salı, Eylül 06, 2005

ömür

Geçdi bahare ömrümüz
It kürədən geçən kimin

Gən kürədən rahat geçər
Dar kürədən geçən kimin

Hər kim bunun ədəbsiz (!) və təkmil versionun bilir zəhmət olmasa mənə yollasın.

həyat

Söz: Mədinə Gülgun

Kiminə nağıldır kiminə xəyal
Kiminə bir quru şöhrətdir həyat
Kiminin başında bir şirin röya
Kiminə sadəcə söhbətdir həyat

Kiminin başında qızıl quş olur
Kiminin ömründə yorulmuş olur
Kiminin yolunun üstə daş olur
Gah aci gah şirin şərbətdir həyat

Kiminin başında solmayan zərdir
Kiminin üzünə gülən səhərdir
Kiminin ömrünə saysız əsərdir
Kiminə sadəcə söhbətdir həyat

Perşembe, Ağustos 04, 2005

Diller

Büyün iranlı və fars dilində olan veblaglara baxırdım ki iki yazia rast gəldim. Bu yazıların biri turk yazıçısı Əziz Nəsinə görəydi. Əziz Nəsin iranda turk yazıcılarının arasında sanırım ki hamısından çox ve iyi tanınmışıdır. Bu geçən illərdə və sənələrdə əlbəttə Nazim Hekmet və Yaşar Kemalında kitabları nəşr edilmişdir. Ama iranlilara Əziz Nəsin bir ayri yeri var ürəklərdə. Onun kitabları İran inqilabdan qabax çoxlu nəşr olunurdu ama inqilabdan sonra bu yazıçıdan iki uç kitabdan sonra ayrı bir şey neşr edilmiyib. Bu mən işarə edən yazida iranlıların umumi baxışları ona bəlli olurdu. Orda bir linkde artırmışdı ki Nəsinin zindiganliğ macəralarıydı: Böyle Gelmiş Böyle Gitmez.
Ikinci yazıda genə çox calibidi çun bir Türkieli qızın baxışıydı İrana. Mene çoxlu teejubludur ki iki qonşu bir bələ biri birindən xəbərsizdilər. Hələ yaxçıdır ki iranlilar Türkieye gəlip gedillər və tanışlıxları var. Ama hər iki tərəf biri obirin Ərəblərə oxşadır və dıyır o birisi dil Ərəb dilidir. Bu söz turkie tərəfindən artiq eşidilir. Türkiyəlilər bu sözü fars dilinin alfabetinə xatir diyillər. Ama bu taydada vardılar adamlar ki diyillər türkiyəlilərin latin alfabeti səbəb olup ki olar oz dillərindeki kələmələrin köklərin tanımıalar və o haldaki dıllərində yarı kelemeler Ərəb kökü var fikr edələr ki dilləri xalis türküdü. Hərhalda mənim nəzərimə hər iki tay haqlıdılar.

Pazartesi, Temmuz 18, 2005

Oxtay

əziz yoldaşım, Hesam. Haqlısın, menim adımı Oxtayın üstündən Oxtay qoyuplar ama heyif ki onun şerlərinden iki üçündən başqa ayrıların eşitməmişəm. Oxtay bizinən bir uzaq familçiliği və nisbəti var onun için zindiganlığından az-bə-çox xəbərim var. Oxtay mənim əmim arvadının xanivadəsindəniydi. Əmi-qızım bir yol təriflirdi mənim için ki ondan sora ki Oxtayi tutup aparıllar onun anası gorxudan onun əldə olan yazıların ki çoxlu nəşr olunmamış şerlərə şamiliydi yandırır. Sora ki Oxtayın qardaşı evə qayıdır və bilir ki qardaşının təkcə yadigarları yandırılıp narahatliğindan başın duvara çalır.
Buda deməğ olar Oxtayın ən adlım və tanınmış şeridir ki Səməd için yazıpdır:

Oxudu garanguş ayriliğ sozun
muruvәt әhlinin gozu yolda kәn
jumdu tufanlara, unutdu ozun
ulduza nә jәvab verәjәyәm mәn?

Qışda qarlı dağlar soraqlaşsalar
Tәbrizın gül oğlun, mehriban oğlun
Bir haray çәkәrәm, ay uca dağlar

Axtarın Arazın çәnlı belindәn
Tәbrizın gül oğlun, mehriban oğlun

Düşmәn tә'nә vursa Sәmәd hardadır
Әlimi sinәmә çalıb deyәrәm
Sәmәd könlümdәdir, ürәyimdәdir
doyuşub olsәdә donmәz elindәn

Onun sәdagәti jan verir bizә
Alovlu eşgindәn ilham aliriq
hәr dәgigә baş çәkir urayimizә
muğayatliq edir öz әkdiginnәn

Söylәyәn gedәcәk, sözü qalacaq
Әdalәt nağılın, el doğruldacaq
Zülm evi әdlilәn bәrbad olacaq
sәmәdi qarşida gorәjәk duşman

Bu bir nağıldır ki ellәr soylәyir
Biri sәsdәn duşsә obirisi diyәr
Nağılci dayanar, soz dәvam edәr
El ucun yaşayar burda bәslәnәn

Nigəran qalmasın, Ulduza deyin
könlümә almışam, Sәmәd'in yolun
Sәmәd könlümdәdir, ürəgimdәdir
Vurğunun adaşı ciyәrimdәdir
İntiqam alacaq el düşmәnindәn
Oxtay (A.Nabdil)

Çarşamba, Temmuz 13, 2005

Azəri

Indi arxayın oturub və istədiyim dilin alfabetice yaza bilərəm. Bilmirəm hələ ki bu iş ola biləcəq ya yox ama mən yazacağam. Nədən yazım?

Çarşamba, Temmuz 06, 2005

Turkunu Duz Yazmaq

Ne icin artiq burda yazmiram ya yazammiram!? Teze bir iki aydir ki gorurem Turkieden ve Azerbaijannan buraya gelen olur ve baxan olur. Ozumnen fikirleshirem ki "eshi! Bu garmagarishiq yazilarivi necur bunlar oxuya bilecekdiler?" men azerbaijan turkuyem amma hec vaxt oz dilime yazmagi mene orgetmiyipler, men ancak danismagi basariram! Buranida baslamaxdan menzur buyuydu ki yazmagi orgesem amma Azeri fontun burda yola salammamisham. Ancax neinemeq? Isler boyledir!
Bir hefte bundan gabax internetde bir ayri Azeri weblogdan Koroghlu ve hemide Esli-Kerem nagillarin tapdim. Mene anam ushaxlighimda Esli-Kerem naghilin teriflemishdi amma yadimnan chixmishdi. Bilirdim ki bir gozel tragic bir nagildir. Duneniydi ki dayim menen zeh vurdu, her hefte zeh vurar halimi gerib memleketde sorusha! Dedim Eslinin naghilin mene soyle! Tilfunda naghili bashlayib gurtardi, chox gozel, arasinda neche Asiq havasida menim ichin oxudu! Chox gozeldi, gereh ki asiqlar teriflien destanlarin oz seslerinnen tapam, xususen Asiq Dervish ki Urmienin cox adli ve taninmish Asiqlarinnaniydi ki indi allah rehmet elesin bilesine.

«ƏL-BUYURUQ» NƏDİR?

«Əl-buyuruq» risaləsi Şeyx Səfiəddin Ərdəbilinin «talib» adlanan müridləri tərəfindən yazılmışdır. Bu risalə, ümumiyyətlə, Şeyx Sədrəddinin dilindən yazılır. Əsər 50 bölümdədir. Hər bölümdə Şeyx Sədrəddin Sultan Şeyx Səfiəddindən bir sual edir və Şeyx Səfi o suallara cavab verir.
«Əl-buyuruq» mənaqibini Əhəd Hamid əs-Sərraf Mosul ətrafında yaşıyan Qızılbaşiyə bacalan türkləri arasında tapıb, ərəbcə çeviri və izahatla nəşr etmişdir.
«Əl-buyuruq» «Qara məcmuə» nin əsas hissəsi kimi «Mənaqibi-şərifi-qütbül arifin həzrət Şeyx Səfi qəddəsallah sirrəhul-əziz» adlanmışdır.
Əsər «ümməti-xas və mömini-pake’tiqad olan qardaşlara» tə’lim etmə üçün «Qara məcmuə»lərə daxil edilmiş bir zaviyə dərsliyi kimi dəyərləndirilir. Əsər sadə nəsr ilə yazılmışdır, cümlələr qısa və gözəl səclər ilə doludur: «… Lölöyi-candır, nə mərcandır, hər biri bir candır, möhkəm saxlayıb bu sözləri can qulaqlarına qoyalar, ənbiyanın sirrin bilib duyalar, övliyanın ərkanıynan uyalar..»
Əsərə Şah İsmayıl Xətainin şe’rləri də şahid misal kimi daxil edilmişdir. Bu iş «Qara məcmuə»lərin ümumi halıdır.
«Əl-buyuruq» mənaqibini təqdim etməkdə, imlanın cağlaşdırılması məsələsində, sözlərin əski tələffüzlərinə və ya xas vilayət formalarına əl vurmadıq və yalnız yazı qaydalarını müasir oxucunun rahat oxuması üçün dəyişdik.
Misal üçün « » formasını « », « » formasını « », « » formasını « » yazdıq. Habelə Ərdəbil ləhcə və şivəsində yazılan « », « », « » və « » kimi sözlərin dəyişməsini də məqsədə uyğun saydıq. Lakin nəsr şivəsi və üslubuna əl vurmadan, lazım gəldikdə sözlərin ətək yazıda izahını verməyə çalışdıq. Mətnə artırdığımız sözləri arta / / içinə aldıq.
5-2. KİTABIN MÜQƏDİMMƏSİ

«KİTAB ƏL-MƏNAQİB»
(«ƏL-BUYURUQ»)

Bu, Şeyx Sədrəddin ilə qütbül-arifin /ariflərin qütbu/ Şeyx Səfiəddin bin İshaq əl-Ərdəbili arasında təriqət adabı /qaydaları/ haqqında söhbəti ehtiva edən bir kitabdır.
«Kitab əl – mənaqib» müqəddəs kitablar silsiləsindən hesab olunur və onlar da «Əl-burx» / «Əl-buyuruq» /, yaxud buyrulan şeylər, /məsələlər/ haqqında kitab adlandırılır.
Bağışlayan və rəhmli Allahın adı ilə
«Əl-buyuruq» kitabı şərafətli qütbül-arifin /ariflərin qütbu/ həzrət Şeyx Səfinin /Allah onun əziz ruhunu müqəddəs etsin!/ mənqəbələri haqqındadır.
Peyğəmbərlərin qəbrlərini ariflər üçün qiblə, çöllərdə dolaşanlar üçün Kə’bə etmiş Allaha şükr olsun! Allah onların ipindən yapışmağı qiyamət gününə qədər qurtuluş üçün səbəb etdi və onlara sığınmağı yüksək dərəcələrə çatmaq üçün vasitəyə çevirdi. Səmaları yaradan, böyük bilgi sahibi, başlanğıcı və sonu bilinmiyən aləmlərin Rəbbi olan Allaha şükr olsun! Ən fəzilətli dualar və ən məzmunlu salamlar Allahın seçdiyi sadiq peyğəmbərinə, onun nəslinə, bütün övladlarına olsun! Ey rəhmlilərin rəhmlisi olan Allah, sənin rəhminə görə dualar və salamlar başqa peyğəmbərlərə və elçilərə olsun!
Amma bə’d, sərvəri-kainat və xülisətül-mövcudat, şəfiyi-ümmət və sərhəngi-qiyamət və ərkani-risalət, bülbüli-gülüstan, xaceyi-dünya və axirət, sədri-səfvət və mahi qəvəməti və ya, müəlla və müzəkka və müctəba-yə’ni Həzrət Məhəmməd əl-Mustafa (səlləllahu əleyh və səlləm) həzrətləri cün kim fəna darindən bəqa mülkinə əzm etməli oldu, hədisi-şərif: «Əl mö’minun la yəmətun bəl yəntəqlunə min darül-fəna əla darül-bəqa». Həzrət Rəsul (əlyehissəlam) buyurur kim: «Mö’minlər ölməzlər, fənadan bəqaya nəql edilər, haman bir evdən bir evə köçər gibidir».

5-3. NƏBİYİ ƏKRƏM /S/ VƏSİYYƏTİ

Pəs ol vaxt Əsədullahül – qalib Əmirəlmö’minin Əli ibn Əbu Talib həzrətləri /ni/ hüzuruna istədi və ayıtdı:
- Ya Əli! Qürbi-həqqə müvasilət qərib olmuşdur. Mən dünyadan axirətə gedirəm və sənə bir qaç vəsiyyət edirəm. Gərəkdir kim, qəbul edəsən, iki cahanda əziz və möhtərəm olasan. Zira təriqət içində lazım olan nəsnələrdir, mənə Cəbraili-əmin həzrət Rəbbil-aləmindən vəhy gətirmişdir. İndi şəriət ənbiyanın və təriqət övliyanandır, mə’rifət sulükdur, həqiqət vəslət məqamıdır. Öylə haqq olmaqdır. Pəs bu cövhərləri «Yazı» da sənə yadigar verəlim.

5-4. LÖ’LÖYİ-CAN

Ümməti-xas və mö’mini-pake’tiqad olan qardaşlara, lö’löyi-candır nə mərcandır ki, hər biri bir candır. Möhkəm saxlayıb bu sözləri dürr, tən /və/ can qulaqlarına qoyalar. Ənbiyanın sirrin bilib duyalar. Övliyanın ərkanına uyalar.
Mö’minlikdə pake’tiqad mühibblər ruzi-məhşərdə qiyamət qayim olunca bizim ələm və sancağımız altında bulunub şəfaətimizdən məhrum qalmayalar. İnşaalah – təala.

5-5. ƏDƏB VƏ ƏRKAN

«Ya Əli! Həqq olub mühibbi-övliya olan kimsənələrə təlqin edib bu vəsiyyətləri deyəsən. Gücləri yetdikçə əla qədrihi övliyanın ədəbindən və ərkanından eşidələr. Bilib, öyrənib övliyanın təriqin dutub gedələr və ona görə əməl edələr.
Və daha hər kim bu vəsiyyətləri dinləyib mucibincə əməl edərsə, ol mənim dostumdur, mən ondan xoşnud oluram, yarın həqqin cəmalını kəndisinə göstərirəm. Və hər kim bu vəsiyyətləri eşidib tutmaz isə, mənim düşmanımdır», - dedi.

5-6. MÖ’TƏBƏR KİTAB

Pəs ol vaxt bu «Vəsiyyətnamə»yi Əmirəlmö’minin imam Əli əleyhissəlamə təslim eylədi və neçə dürlu pənd və nəsihət edib buna mütabiq hədisi-şərif söylədi. «Ənə mədinətul elmi və Əliyun babuha», yə’ni «Mən elmin şəhəriyəm və Əli qapısıdır». «Ənə və Əli mən nuri-vahid», yə’ni «Mən və Əli bir nurdan xəlqiz».
Əsədullahül – qalib İmam Əli – əleyhissəlam həzrət Rəsul – səlləlahi aleh və səlləmə – həzrətlərinin ləfzi-kühərbarından pənd və nəsihəti qəbul edib hüzuri-şərifində yüzünü yerə urdu və ol «Vəsiyyətnamə»yi Rəsul həzrətinin hüzurunda yazdı, bir mö’təbər kitab eylədi. Daima oxuyub mucibincə əməl edir idi. Andan İmam Həsən /ə/ və İmam Hüseyn /ə/ və İmam Zeynəlabdin /ə/ həzrətlərinə irişdi – rəziullahi-təala əleyhim əcməin.

5-7. ƏRƏNLƏRDƏN YADİGAR

Ta kim silsilə-silsilə övladi – Rəsuldan bu «Vəsiyyətnamə» Şeyx Səfiəddin həzrətlərinə irişdi – qəddəsullah sirrəhul – əziz – oxuyub onlara əməl qıldı.
Kəndisinə mürid olub iradət götürən talib və dərvişlərinə məən təlqin edib bu «vəsiyyətnamə» mucibincə övliya məhəbbətlərinə irşad edər idi. Bizə daha ərənlərdən yadigar qaldı. Övliyanın mənaqibi budur, biləsən, taliblərə tərbiyə qılasan.

5-8. ŞEYX SƏFİNİN İLK BUYURUĞU

Şeyxi-aqil və kamil və qürbi-həqqə vasil təhqiq xəlifətullah ənduh Şeyx Səfiəddin – rəhmətullah həzrətləri buyurur: «Hacan bir talib bu vəsiyyətləri dinləsə və mə’nasını anlasa, ol talib Həqq hüzurunun əmn və amanında olub dünya və axirət qorxularından qiyamət günündə bizim ilə həşr olur. Bu «Vəsiyyətnamə» oxunur /sa/, kimi qulaq dutub dinləməsə və mə’nasın anlamasa, gözü, könlü, bəyanda övliyanın ədəbin yerinə gətirməsə, ol talibdən Allah bizar, Rəsulallah bizar və filcümlə dünya və övliyalar və məlaikələr bizar olurlar», - dedi.

5-9. TALİBİ-HƏQQ KİMDİR?

Məgər kim Şeyx Sədrəddin həzrətləri məclisdə hazır idi və təriqət içində Şeyx Səfiəddin /in/ oğlu idi. Bu nitqi eşidincə filhal oturduğu yerdən ayağ üzünə durdu, gəlib Şeyx hüzurunda yüz yerə qoyub təzərrö’ və niyaz eylədi və daha miskinliklə dedi:
- Ya Şeyx! Talibi-həqq nədir? Bizə bəyan eylə, kərəmi-lütfündən, eşidəlim!

5-10. TALİBİN ALTI SİFƏTİ

Şeyx Səfi həzrətləri buyrub kim: «Talibi-həqq oldur kim, əvvəl ədəb /ala/, ikinci, əvamdan kəsilə, üçüncü, məhrəmin bilə, dördüncü, cəmi yədfe’lin tərk edə, beşinci, həqqə və xəlqə yaramaz iş etməyə, altıncı, hər qanda ola, şeyx qorxusun çəkə. Yə’ni: «Aşikar və ya məxfi mən bu işi görərsəm, şeyxim görür, bilər».- deyə, etməyə.
Övliya talibin könlünə və gözünə gündə yetmiş kərə nəzər eylər.

Nəzm

Sarayın pak et ki, mehmanxaneyi-həqdir
Vaxt olur kim, təxtini qurmağa sultan gəlir.

Pisi silinmiş-süpürülmüş görüncə, Sultan səfa edər. Topraq ol talib başına ki, övliyayı hazir və nazir bilməyə. Və hər kim könül ayinəsin silməyə, ondan ənbiya və övliya bizardır», – dedi.

5-11. ŞEYXİN RİZASI

İndi talib olan kişi gərəkdir ki, sahibi-əql ola və hər işi ki işlər, əql təsərrüfü ilə işləyə, cəmi hərəkatı ilə zəbt eyliyə, müxaliflik etməyə və əgri təriqə getməyə. Etdigi iş və getdigi yol şeyxin rizası ilə ola. Əgər şeyxin əmrinə müvafiq olmazsa, ol talibin çəkdigi zəhmət və möhnət və məşəqqət filcümlə zaye olur və axirətdə şeytan kimi məl’un və məğbun və mərdud olmayasan və dərgahdan sürülməyəsən. Cəhd edəsən kim, yüz min günahın daha olursa, Adam gibi, peyğəmbər gibi məğfur və məqbul olasan.

5-12. SİDQ VƏ E’TİQAD

Talib gərək bir iş işləyincək fikir eyləyə, əgər xeyir işləyə, şəri tərk eyləyə. Amma bir kişi zahir və batində Şeyxin işarətinə müntəzir ola və səfa nəzərinə məzhər düşə, haçan bir kişi talibi-həqq ola və daha övliya dərgahına gələ, əl verib ətək dutsa, iradət ilə təslim ola, övliyaya iqrar verib iman gətirsə, bu dünya xəlqindən kəsilib övliya güruhundan ola.
Amma burada imandan murad sidq və e’tiqad birlə inanmaqdır. Bir kişinin iqrarı sadiq və etiqadı dürüst olmasa, ol kişinin imanı olmaz. Din daha imandır və iman iki qism üzərindədir: biri təhqiqdir, digəri təqliddir. Təhqiq oldur kim, könlu qillü qəşdən mübərra ola və təqlid oldur kim, könlü doydolu vəsvəseyi-şeytan ola.
Və Şeyx Səfi buyurur ki: «Övliya mənzilində otura, talibin könlünə nəzər edə, lövhül-məhfuzə və lövhül-insanə ola. Yə’ni bir kişi kim, yanına gəldi, nuri-vilayət ilə onun yapdığı xətaları bilə və görə və tərbiyə eyləyə. Və hanki talibin könlü pak degildir, anı yanında qoymuya, rədd edə».

5-13. İMANSIZ ÖLMƏK

Şeyx Sədrəddin həzrətləri yenə sual verib ayıtdı: «Ya Şeyx! Talibin könlü necə olunca pak olur?».
Şeyx Səfi həzrətləri ayıtdı: «Binamaz loğmasın yeməyə. Talib olan kişi xəlqi-aləmə ixtilat etməmək gərək. Yə’ni əvam ilə alış-verişi etməməkdir. Yəzid övrət ilə yatmaya, yəzidin loğmasın yeməyə, kəndi gövhərini yəzidə xərc etməyə və kəndi loğmasın yəzidə yedirməyə. Bir kimsə münkir və münafiq əkməgin yeyər isə, qursağında ikən ol kişinin və’dəsi irişib ölür isə, imansız ölür».

5-14. KÖNÜL HAQQ EVİDİR

Şeyx Sədrəddin ayıtdı: «Ya Şeyx! Binamaz kimlərdir?, - buyur, eşidəlim!».
Şeyx Səfi həzrətləri ayıtdı: «Binamaz anlardır kim, həqq sevgisin, peyğəmbər mehrin və övliya məhəbbətin könlündən çıxara. Bunların yerinə təşviş və qillü qəşdən bədfikir və bədəndişə dolmuş ola və könlü daima təkəbbür ola, həqqə baş endirməyə və həqq sözə baş endirib «bəli» deməyə. Zira namazdan murad olunan niyazdır. Həqqə baş endirib, səcdə qılmaqdır. Bir kişi səcdə tərk eləsə, Həqqi-təala həzrətinə ibadət və pərəstiş etməmiş olur və şeytan kibi mərdud olur. Bir qul əfəndisinə sərkeş olub baş endirməsə və əmrinə müti’ olmasa, asi olsa, əfəndisi onu qapısında qoymaz, rədd edər. İndi talib olan kişi ciddü cəhd edib qadir olduğu qadar gözə və könülə girmək. Zira kim, könül həqqin evidir. Pəs ev sahibi evdən xali degildir. Bir kişi həqqin evinə girsə, həqq ilə birlik etmiş olur».

5-15. TƏSLİM OLMAQ

Şeyx Sədrəddin ayıtdı: «Ya Şeyx! Təriqətdə səcdə qılmaq nədir?- buyurunuz, eşidəlim və biləlim».
Şeyx Səfi – əleyhirrəhmə buyurdu kim: «Təriqət içində səcdə qılmaq niyaz məqamıdır, yə’ni təslim olmaqdır. Təslimdən murad oldur kim, başımı yolunuza qoydum, ayrıq mənim degildir. Zira kim, ər meydanı həqq medanıdır. Bu meydana girən kişi başını top eyləyib kəndini meydana fəda edib, baş və candan keçmək gərəkdir. Böylə olsa, o kişi iradət ilə kəndini təsdiq və təhqiqi-övliyaya təslim etmişdir. Təriqətdə sidqi-e’tiqadını möhkəm edib könlünə vəsvəsə gətirməyə. Amma ədəb üzərinə olmasa, ol kişinin təslimi olmaz», - dedi.

5-16. SƏCDƏ HƏQQƏDİR

Şeyx Sədrəddin ayıtdı: «Ya Şeyx! Səcdə Həqq üçün isə, burada xof yoxdur və əgər ədəb edərsə, Adəmdən degil, burada Həqdən daha ümid olmaya. Burada səcdə nə üçündür? Bir xoş düşün, bəyan elə, biləlim, müşkülümüz həll edib əyan elə, biz də ona görə qılalım».
Şeyx Səfi – rəhmətullahi-əleyh həzrətləri buyurdu: «Ol vaxt kim, Həqqi-təala həzrət Adəmin qalıbını qüdrət əli ilə düzüb və məlaikələrə səcdə üçün əmr etdi, ol əmr xud həqq oldu. İndi ol vaxt Həqqi-təala Adəmin qalıbında kəndüzünü gizlətdi, məlaikələr kəndüyə səcdə etdilər. Pəs İblis – əleyhəllə’nə ol vaxt təkəbbürlük edib səcdə etmədi, məl’un və mətrud oldu. Bu mə’nadan kim, İblis qeyri-həqq sandı və Həzrəti-Həqqi Adəmin məzhərində görmədi və tanımadı. «Əbi vəs-təkbərə və kanə minəl-kafirin» oldu (Tərcüməsi: İblisdən başqa hamı səcdə etdi. /yalnız/ o, lovğalanaraq /səcdə etməkdən/ imtina etdi və kafirlərdən oldu. «Bəqərə» sürəsi, 34-cü ayə/. Dorumuz (?), bisəm, və bibəsər, biyəd və biyəmşi və bibətəi İblis əleyhəl-lə’ nət kəşf oldu . Və bilmədi kim, Həqdən qeyriyə səcdə qılmaq küfrdür. «Mən səcdəül-qeyr Allah fəqəd kafər». Tərcüməsi: «Əgər Adəm qeyri-həqq olaydı, ona səcdə eləyən kafiri-mütləq olaydı».
Pəs mə’lum oldu kim, səcdə Həqqədir, Həqdən qeyriyə səcdə qıl-maq caiz degildir. Əgər Həqq üçün edərsə, ol kişi kafiri-mütləq olur. Bu mə’nayı yaxşı fəhm eylə, əqlində sekəliyə gör, ta kim, «Latə-fəğhua» lardan olmayasan. «Ula’-ikə kəl-ən’ami bəl hum əzəllu ula’-ikə humul-gafilun» (Tərcüməsi: Bunlar heyvan kimidirlər, bəlkə də /on-dan/ daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır! «Əraf» su-rəsi, 179-cü ayə). Onların şə’nında gəlmişdir ki, həqqi batildən fərq ey-ləyəməzlər və Adəmə səcdə eyləyəməzlər, səlat və zəkat əh-lindən de-gil-dirlər, cənabi Həqqin əsrarın nəql və tavil eyləyəməzlər. Hey-van ki-mi şərabi-şəhvətdən özgə bilməzlər. «Yə’ləmunə zahirən-minəl-hə-ya-tid-dünya və hum’ ənil-axirəti hum gafilun» (Tərcüməsi: Onlar dünya hə-yatının zahirini /ticarət və əkincilik işlərini, məişət mə-sələlərini/ bilirlər, axirətdən isə xəbərsizdilər. «Rum» surəsi, 7-ci ayə).
Pəs təriq əhli olan qardaşlara vacibdir ki, hər gün sabah olduqda yerindən durub pak təharət ilə abdəst alıb on iki imamı və çəhardəh mə’sumi-pakları zikr edib, ali-övladı şəfi’ götürüb şahi-kərəmə gəlincəyə qədər cəmi məşayixləri yad edib, ruhi-münəvvərlərindən isti’anət tələb edib yardım diləyə və əhli-beyti – Rəsulun düşmanlarına «təbərra» edib Məhəmməd və Əli dostlarına «təvəlla» eyləyə. On iki imama iqrar edib, mürşidə iradət gətirə, ta kim, imanı dürüst ola.
Bir talib beş vaxt bu şərt ilə /namaz/ qılmaz isə, layiqi-şah və məq-bu--li – dərgah olmaz və mərdudi-əzəlidir. Ol kimsədən e’raz etmək gə-rək. Nəuzibillah min şərri zalikə. (Tərcüməsi: Onun şərrindən Allaha sığınıram).

5-17. USTAD NƏFƏSİ

Şeyx Səfi həzrətləri buyurmuşdur kim: «Talib olan kimsə gərəkdir kim ustad nəfəsi ilə yürüyə, əmrlərinə qail ola. Müti’ ola övliyaya. Haçan kim bir talib övliya nəfəsinə iman gətirməsə, baqi e’tiqad etməyib inanmasa, könlünə şübhə bürünsə, yetmiş övliya qətl etmişcə günah hasil edər».
Və daha Şeyx Səfi həzrətləri buyurmuşdur: «Yol talibi olan kişi daim mücahidə qıla. Mücahidə oldur kim, qadir olduğu qadar talib bir-birinə çox varmaq gərək, könlü xəstə olur. Pəs indi mücahidə ilə könül ayinəsi silinir, pak mücəlla olur. Ol talib hər nəyə kim baxarsa, mürəbbisin görür, könül gözü açılır».
Daha /Şeyx Səfi həzrətləri/ buyurmuşdur: «Talib üç gündə bir dəfə mürəbbisinə vara, didarın görə və söhbətə irə, övliya kəlamın dinləyə, dürlü mərifət hasil eyləyə və neçə müşküllər həll eyləyə. Əgər üç gün-gecə varmasa, beş gün-gecə varmasa, yeddi gün və ya on gün, əl-hasil qırx gün varmasa, və’dəsi irişib bu qırx gün içində ölərsə, ol talib övliyadan cüda düşmüş olur. Övliya qövlü onun üzərindədir. Biləsiz, qafil olmayasız».

5-18. ÖVLİYA QÖVLÜ

Şeyx Səfi həzrətləri buyurur kim: «Övliyanın on iki qövlü vardır. Altısı talibindir. Pəs hər hangi talib bu altı qövlü bilib övliyanın nəfəsini yerinə gətirməyə, qıldığı dua batildir. Və əgər o altı qövlü yerinə gətirsə, övliya dostu olur».

5-19. ALTI QÖVL

Şeyx Sədrəddin həzrətləri sual etdi: «Ya Şeyx! Övliyanın ol altı qövlü nədir?, - buyurunuz, onu daha biləlim, qadir olduğumuzca mucibincə əməl edəlim», - dedi.
Şeyx Səfi həzrətləri buyurdular kim: «Ol altı qövlün birincisi namazi-niyazdır. İkincisi budur kim, mücahidədir, talib bir-birinə çox varmaq gərək. Üçüncüsü, talib olan kişi əvami-nasdən münqəte’ olub kəsilməkdir və əvam loğmasın yeməməkdir və kəndi daha əvamə loğmasin yedirməməkdir. Dördüncüsü, talib olan kişinin təqvası təmiz olmaq gərək. Yə’ni daima pak təharətli olmaq gərək. Hər hal üzərinə qarşı düşmək caiz degildir».

Dinlə nəfsin canlıdır,
Dutmayanlar qanlıdır,
Xətai, həzər eylə,
Bu yol nədir, yanlıdır.

Daha övliyanın altıncı qövlü oldur kim, daima zikrullahi dilində vird eyləyə, ol zikrin nuru qəlbinə düşə. Leylən və nəharən, sirrən və cəhrən tövhid eyləyə. Gecə və gündüz, gizli və aşikara tövhid kəlməsin söyləyə və həm nəfsi-əmmarənin kökünü qaza və kəndusunu təqvayə irgürə. Ol kimsənə rahi-təqvayə könül bağlayıb cəla verə.
Haçan bir talib bu altı qövlü yerinə gətirsə, övliya ilə on iki qövlü yerinə gətirmiş gibi olur.
Amma ol on iki qövlün altısı kim övliyanındır, bəyanə gəlməz, dil ilə şərh olmaz. Ol məqami-haldır, qal degildir. Və daha talib oldur kim, gün--düzü kəsrətdə olursa, gecəsi vəhdətdə ola. Zira kim gecə övliya ba-zarı, gündüz xəlq bazarıdır. Haçan bir talib hər gün xəlq üzünə baxıb xəlq ilə ixtilat eyləyə, ol talib min dərəcə qət’i-mənazil etməkdən geri qalır.
Pəs indi talib olan kişi gərəkdir gündüz xəlq ilə müamilə edərsə, gecə Həqq ilə müamilə eyləyə».

5-20. GECƏNİN BEŞ BÖLÜMÜ

Şeyx Səfiəddin həzrətləri buyurur: «Sufi gərəkdir bir gecə /ni/ beş qism üzərinə təqsim eyləyə:
Əvvəl qism, taət və ibadət ilə məşğul ola.
İkincisi qism, qal və qeydi fərağət edib rahət etməgə məşğul ola Üçüncü qism, səhhət etməgə məşğul ola.
Dördün-cü qism, vəhdət et-məgə məşğul ola.
Beşinci qism, xəlvət etməgə məşğul ola».
Şeyx həzrətləri bu minval üzərinə daima ibadət etmiş idi. Zira kim, nəfsi-mücahidə bütün nicat verir.
Onun üçün kim bir gecənin on iki saatını beş qism edib və hər qismi bir dürlü hal üzərinə keçirsin və hər hal sirr üzərinə. Ol talib olan kişi kəndü /gecəsini/ şöylə təqsim eyləyə. Demişdir: «Amma təriq düşmanı vardır, onlardan həzər ediniz və qorxunuz».

5-21. TƏRİQ DÜŞMANI

Şeyx Sədrəddin ayıtdı: «Ya Şeyx! Təriq düşmanı kimlərdir? Buyu-ru-nuz, biləlim», - dedi.
Şeyx Səfiəddini-əleyhirrəhmə buyurdu kim: «Talibin dışarısı xəlqdir və içərisi övliyadır. Övliya pakdır, öylə olsa, talib gərəkdir zahir və batini pak ola. Haçan bir talib övliya məqamın xəlqə göstərsə, həm təriq düşmanıdır və həm bizim düşmanımızdır. «La fəta illa Əli la seyfə illa Zulfiqar». (Tərcüməsi: Əlidən başqa igid, Zülfuqardan qeyri qılınc yoxdur).
Pəs indi talib oldur kim, talibi qoxusundan bilə. Zira övliya qoxusu talibdədir. Haçan bir talib ol qoxuyu bilməsə, övliyadan cüda olur və bir talibdə kim, ol qoxu olmazsa, talib degildir, dünyadan axirətə imansız gedər.
Və daha bir kimsə övliya tacın örü nəsnəyə buraxsa, ol cüdadır. Onlardan qaçmaq gərəkdir. Əgər qaçmazlarsa, kəndiləri daha onun kimi cüda olurlar. Övliya ərkanından məhrum qalırlar».

5-22. MÜNAFİQƏ LOĞMA YEDİRMƏ

Və yenə Şeyx Səfi həzrətləri buyurur: «Cənabi-Həqq həzrətləri talibin könlünə bir möhkəm qəl’ə yapmışdır. Şöylə kim ol qəl’ə yetmiş qatdır. Bu dünyadan artıqdır. Və həm yetmiş bargahı vardır, övliyanın bargahıdır.
İndi hər hansı talib kim münkir və münafiqdən sirrini saxlamasa və həm loğmasını münkir və münafiqə yedirsə, ol qəl’əyi xərab etmiş gibidir».
Şeyx Sədrəddin aydır: «Ya Şeyx! Talib bir-biri ilə necə dəyərilsin? Onu daha bəyan elə, biləlim».
Şeyx Səfiəddin – əleyhirrəhmə buyurdu kim: «Haçan bir talib bir talibin evinə varsa, ol ev sahibi olan talib gərəkdir kim, ona izzət və hörmət edib hər nə qadir olsa, mövcud bulunandan meydanə gətirə və onun qədəmin mübarək bilə, gəldigindən səfalər hasil edə.
Əgər ol talib onun gəldigindən səfa və şövq hasil etməyib dəru-nun-dan ona məhəbbət göstərməyib varını ondan dəriğ edə, loğmasını sax-lasa, cənabi-Həqq və övliya qatında üzü qaradır. İqrarı saf degildir.
Və daha bir talib loğmasın münkirə və münafiqə yedirsə, yetim ətini yedirmiş gibidir.
Və daha bir talib kəndi öz ətin bir münkirə versə, on iki imamın ətin yedirmişcə günah hasil edər».
5-23. ƏHLİ – ƏYAL İDARƏSİ

Şeyx Sədrəddin ayıtdı: «Ya Şeyx! Talib əhli-əyalı necə idarə etsin?».
Şeyx Səfi – əleyhirrəhmə buyurdu kim: «Haçan bir talibin xatunu bir övliya düşməninə görünsə, yenə ol talib onunla cəm’ ola, xinzir ilə cəm’ olmuş gibidir. Ondan ziyadə ehtiraz üzrə olmaq gərəkdir.
Pəs talib olan kişi övliya izin izləyib, mürşid rizasını gözləyib əmrinə görə əməl etmək gərək, ta kim, tanrı dostu ola. Zira kim, ustad nəfəsi təriqətdə imandır. Şöylə bilələr.

TƏHQİQ

Ərz eylədi əmanəti yerlərə və göylərə ol əmanət kim, Allah-təala həzrətinindir, dağlar taqət gətirməyib qaldıra bildmədilər. Və ol əmanəti cənabi-Həqq həzrətləri həzrət Adəm – əlyehissəlamə verdi. Adəm – əleyyhissəlam Həqq əmrini qəbul edib qaldırdı».

5.24. YEDDİ SİFƏT

Şeyx Sədrəddin ayıtdı: «Ya Şeyx! Ol əmanət nə idi kim, yerlər və göylər təhəmmül edəməyib götürə bilmədilər və daha insan götürdü?».
Şeyx Səfiəddin ayıtdı: «Ol əmanətlər bunlardır kim: əl, ayaq, göz, qulaq, dil, dodaq və nitq.
Bu yeddi qapı ixlas əslidir kim, yeddi sifətdir. Nə qədər sifətlər varsa, bu yeddi sifətdən hasil olur və bir daha şəhəvati-nütfədir, derlər. Sufi gərəkdir bu yeddi qapuyu zəbt edib məhəllinə sərf eyləyə, cəhənnəmin qapısı onun üzərinə bağlı ola.
Və daha dərvişlik və sufilik oldur kim, nəfsi-əmmarəyi qətl edə, kəndisini ləvaməyə irgürə. Qövli-təala: «Ən əl nəfs la marət ba ləssuh». Yə’ni bir kişi nəfsinə uyub əmmarə ilə amil olursa, ol kişi kəndisinə zülm etmiş olur. Süfi gərəkdir şəhvət əlindən biçarə və zəlil olmaya. Qadir olduğu qadar mən’ eyləyə, şəhvət atəşin söndürə.
Axmaqdır ol kişi kim, nəfsin diləyin verə və aqildir ol kişi kim, nəfsini qətl edə, kəndisini mülhəmə və mütmə’inə irgürə.
Bunlarınkı nə kim varsa, bu yeddi sifətdən qopar.
İndi bir talib ki, bu məzmumə sifətləri tərk edərsə, insan dərəcəsinə təriq bulur, nəfsi mütmə’inə ayaq basar, ol vaxt könlü və gözü açılar, eşq arı olar, ziyadə məhəbbət hasil olar, səfayi-qəlb edər. Hansı talib ki, bu mərtəbəyə irsə, insani-kamil olmuş olur».

5-25. YOL İÇİNDƏ

Şeyx Səfiəddin ayıtdı: «Ya Şeyx! Talib yol içində necə gərəkdir?. Buyur, eşidəlim və biləlim».
Şeyx Sədrəddin həzrətləri buyurdu kim: «Talib olan kişi dəvə və eşşək və xinzır gibi gərək olsun. Yə’ni bunun timsalı budur kim, dəvə yük götürücüdür və həm qatar içindədir, bir kimsə məharinə yapışsa, qalan dəvələr cümləsi onun ənsəsincə gedərlər. Sanma ki, müxalifət edərlər.
Pəs talib daha gərəkdir dəvə gibi qatar içində yük götürücü ola və rəhbər ilə müxalifət etməyə.
Mürşid su kimidir, su hər nəyə toxunsa, arıdar, pak edər. Mürşid daha talibin könlünü təmizlər. Mürşidi-kamil adəmi-cami-cahannüma edər. «Cami-cahannüm» nədir? Ayinəyi-Xudadır.
Və cəmiyyət olduğu yerdə hazır ola və bir mənayi-mə’rifət hasil edə.
Və xinzir daha doğrulduğu yerdən dönməz. Talib daha gərəkdir ki, doğrulduğu yerdən dönməyə. Siratül-müstəqimdə doğru yeriyə və doğru söyləyə, dost könlünü ağrıtmaya, könlü dərvişlikdə, dili mürüvvətdə ola, ta ki bu yolda məqsudunu bula.
Daha bir talib iki könlü bir edib ölürsə, münafiqdir».

5-26. ÖLÜMSÜZLÜK

Şeyx Sədrəddin ayıtdı: «Ya Şeyx! Mürüvvət nədir? Bəyan eylə, biləlim».
Şeyx Səfiəddin həzrətləri ayıtdı: «Bir talib övliya kəlamın eşidə, həqq bilə, övliyanın mənaqibin dinləyə, hər nə deyərsə, ona görə əməl eyləyə və mirşüdin əmrini yerinə gətirə, ol talibə hərgiz ölüm yoxdur. Dünyadan axirətə iman ilə gedə, cümleyi-ənbiya və zümreyi-övliya ondan xoşnud ola, cənabi-Həqq həzrətləri ondan razı ola və cəmalını göstərə».

5-27. ÖVLİYADAN ÜZ DÖNDƏRMƏ

Şeyx Sədrəddin ayıtdı: «Ya Şeyx! Bir talib övliyadan üz döndərsə, halı necə olur?».
Şeyx Səfi həzrətləri buyurdu: «Bir talib övliyadan üz döndərsə, pir-dən dönmüş olur. Piri qəbul etməmiş, iblisi qəbul etmiş olur. Mün-kirdir, münafiqdir, üzü qaradır, dünyadan axirətə imansız gedər. Bir talib bir talibə nəfəs versə, bir gün və’də ilə üç gün olsa, varmasa yed-di gün olsa, varmasa, ya on iki gün olsa varmasa, ol talib nəfəsə can bul-dur-ma-sa, ol nəfsdən ötrü taliblər onunla durub oturmasınlar. İqrarına can bul-dur-mayınca hər kim onunla durub otursa, övliya nəfəsinə iman gə-tir-mə-miş olur , üzü qara olur. İlla məgər kim ol talibin üzrü olmuş ola. Öy-lə olunca və’dəsinə xilaf etmiş olmaz. Gəlib mürüvvət dedikdə qə-bul edələr. Zira kim «Əl üzr əndə kəramül nas» məqbul deyib bu-yur-muş-lar gərək. Tərcüməsi: Ol talib bu taliblərdən üz döndərirsə, münafiqdir».

5-28. MÜNAFİQ KİMDİR?
Şeyx Sədrəddin ayıtdı: «Ya Şeyx! Münafiq kimlərdir? Bizə bəyan elə, biləlim».
Şeyx Səfi-əleyhirrəhmə buyurdu kim: «Bir kimsənə övliya kə-la-mın eşidib həqq bilməsə və ona görə əməl qılmasa, könlü saf olmasa, kin, kibr, həsəd, büğz, büxl, təmə, ərinə qeybət məsavi olsa, münafiqdir.
Və daha münafiq oldur kim, bir kişinin üzünə bir dürlü və ardına bir dürlü söyləyə.
Və daha münafiq oldur kim, övliyaya dil ilə iqrar verib iman gətirə. Amma könüldə təhqiq e’tiqad edib edib inanmaya. Qövl-təala «Ən əl münafiqun hum əl kafirun». Münafiq kafirdən əşəddir. Onunçun kim zahir(də) kafir kəlmeyi-şəhadət gətirməklə müsəlman olur. Amma münafiq iki üzlü, iki dilli, iki könüllü olur. Onlardan qaçmaq gərəkdir. Zira onlar övliya düşmanlarıdırlar, onların məkanı duzəxdir».

5-29. SEVGİ NİŞANI

Şeyx Sədrəddin ayıtdı: «Övliyaya, behəqq necə məhəbbət etmək gərəkdir?».
Şeyx Səfiəddin həzrətləri buyurur: «Haçan bir talib «övliyayı sevərəm» desə, taliblər ondan nişan istəyərlər. Zira kim, də’vayə mə’na, aşiqə nişan gərəkdir. Ol talib iqrarın arı olub qıldığı də’vanın mə’nasın verirsə və nişanın göstərirsə, xoş qəbul edələr. Əgər də’vasında açiz olub nişan gətirməzsə, onu tərd edələr. Qırx gün içlərinə qoymayalar. Əgər qoyarlarsa, kəndiləri də murdar olurlar, övliya düşmanı olub axirətə imansız gedərlər.
Şe’r: – min Şeyx Səfi – əleyhirrəhmə:
Eşq yolunda odur pəhləvan,
Göstərə mə’şuq yolunda nişan,
Sevərəm deməklə asandır bürhan!»

5-30. TALİBİN NİŞANI

Şeyx Sədrəddin ayıtdı: «Ya Şeyxi-kamil! Ol talibin nişanı nədir, biləlim».
Şeyx Səfi həzrətləri buyurdu kim: «Ol talibin nişanı övliya ətəgin tutmaq, iqrar verib can və könüldən inanmaq və iman gətir-məkdir. Yə’ni hər fe’linə və hər halına «bəli» deyib inanmaqdır. «Mə-na-qibi-şərif» dinləyib övliya nəfəsin eşidib, mə’nasını anlayıb, ona görə əməl etməkdir. Cümlə varlığın ərənlər yoluna sərf edib, xərc etmək-dir».

5-31. YETMİŞ İKİ MƏQAM

Şeyx Sədrəddin ayıtdı: «Ya Şeyx! Təriqət içində talibin qaç məqamı vardır? Buyurun, anlıyalım», - dedi.
Şeyx Səfi həzrətləri buyurdu kim: «Övliyayi-giram və məşayixi- üzam olan kimsələrin təriqət və həqiqətdə yetmiş iki məqamı vardır. Ol yetmiş məqam dörd qapı içində övliyanındır və iki məqam talibindir. Haçan bir talib o iki məqamı yerinə gətirsə, övliya ilə ol yetmiş məqamı yerinə gətirmiş olar».

5-32. VƏFA VƏ TƏSDİQİ-QƏLB

Şeyx Sədrəddin ayıtdı: «Ol məqamlar nə məqamlardır ki, övliya ilə o yetmiş məqam müqabiləsində olar?»
Şeyx Səfiəddin həzrətləri ayıtdı: «Ol iki məqamın əvvəl məqamı övliyaya vəfa eyləməkdir. Çünki iqrar verdi, gəldi «bəli» dedi, təriqətdə ol «yol oğlu» oldu. Gərəkdir kim, ol iqrar üzərinə əhdini bəkləməkdir. Qövli-təala: «Bima əhədü əleyhə fəsvətiyə əcra əzəmiya». Cənabi-həqq həzrətləri buyurur: «Bir kişi mənim yoluma bel bağlayıb əhdinə vəfa eyləsə, mən ona neçə dürlü ehsanlar eylərəm, şöylə kim hər biri əcri-ə’zim».
Və daha ikinci məqam təsdiqi-qəlbdir. «Və yəqulun məni həza əl vəd in kuntum sadiqin». Yə’ni Tanrı buyurur kim: «Ya qulum! Sən eylədigin əhdin və’dinə vəfa (et) , necə kim ələst dəmində «bəli» demişdin, qövlündə dürüst ol və sadiq ol. Yə’ni ayna gibi ol».
Pəs hansı talibdə təsaddüqi-qəlb olsa, təhqiq bilmiş olasınız ki, ol talib övliya dostudur.
İndi bir kimsənə can və könüldən və dəruni-dildən övliyayi sevsə, vəfat etməli olsa, Əzrail canına və Şeytan imanına qəsd eyləsə, ol vaxt övliya ol talibin imanını şeytan şərrindən saxlayıb əmin eyləyə. Qövli-təala: «İla ən övliya illah la xövf əleyhim və ləhum yəxzinun».
Təhqiq: Bir talib mürşid ətəkin tutub övliya təriqinə salik olsa, onun üzərinə heç qorxu yoxdur, mə’lul və məhzun olmasın. Haman sidq ilə bel bağlasın, getdigi yerdə rəhbərin izin izləsin, hər işdə pirin rizasın gözləsin».

5-33. ŞAH XƏTAİNİN BU MƏQAMDA /ŞEYX SƏFİNİN SÖZLƏRİNƏ AİD/ ŞE’Rİ
Gəl bir pirə xidmət elə, əmək zaye’ olmaz ola,
Mürşid ətəgin möhkəm tut, kimsə əldən almaz ola.
Bir işi bitirmək gərək, əsgigin yetirmək gərək,
Yar ilə oturmaq gərək, heç kimsənə gülməz ola.
Bir soyu soylamaq gərək, bir acı toylamaq gərək,
Bir dilün söyləmək gərək, firiştələr bilməz ola.
Çapıq bəhri olmaq gərək, ümmanlara dolmaq gərək,
Bir cəvahir bulmaq gərək, heç sərraflar bulmaz ola.
Gerçək aşiq olmaq gərək, mə’şuqəsin bulmaq gərək,
Ölməzdən ər olmaq gərək, varıb onda ölməz ola.
Quş diliylə uçmaq gərək, bu mə’nayı seçmək gərək,
Bir qədəhdən içmək gərək, içənlər ayılmaz ola.
Bir bağcaya girmək gərək, xub təfərrüc qılmaq gərək,
Bir gülü qoxlamaq gərək, hərgiz o gül solmaz ola.
Gəl, Xətai, sən keç otur, də’vayi mə’naya yetir,
Söhbətin bir ərə götür, cana-başa qalmaz ola.

5-34. TALİBİN MÜSİBƏTİ

Şeyx Sədrəddin ayıtdı: «Ya Şeyx! Talibin müsibəti nədir, münafiqin müsibəti nədir? Lütf edib buyurun, eşidəlim və biləlim».
Şeyx Səfi həzrətləri ayıtdı: «Talibin müsibəti övliyadan cüda olmaqdır və münafiqin /müsibəti/ cəhənnəmlik olmaqdır».
Və daha /buyurdu:/ Talibin üç müsibəti vardır:
Birincisi budur ki, yalan söyləyə, qəsdən, ədəb bəkləməyə.
İkinci müsibəti oldur ki, qeybət və məsavi eyləyə.
Üçüncü müsibəti oldur ki, övliyanın mehr və məhəbbətin könüldən çıxara.
Hər hankı talib bu üç dürlü işi eyləyə, dərgaha qəbul olmaz, dünadan axirətə imansız gedər və həm qiyamət günündə əzabi-cəhənnəmə layiq olar və bütün həyatında nə qədər savab işlərsə, bil-külliyə «Həbaən mənsur» ("səpələnmiş torpaq" – red.) olur.
Bundan sonra yenə Şeyx Sədrəddin sual etdi: «Ya Şeyx! Xəlqə məbbət həqqində buyurun».
Şeyx Səfiəddin ayıtdı: «Xəlq övliyanın quzusudur. Hər kim övliyanın quzusuna girsə, ol kişi övliyanın bəndələrindən olur. Və daha talib övliyanın quzusuna qədəm basa, yetmiş min cahandan qurtular və həm ona ülayi-zat hasil olar. Gözü və könlü bəşarət ilə dolar, murad və məqsuduna vasil olar. Və hər kim övliya yolunda baş və candan keçərsə, təhqiq, şəhid olar».
Və daha /buyurdu/: «Gerçək talibi-həqq oldur kim, əvamdan kəsilə və xəlqdən üzlət eyləyə. Övliya kürəsinə girə, dünayanın olduğca cəmi’ qorxularından əmin ola. Ol talib mö’milərdən olur və ona ölüm yoxdur. Həman ancaq «Dünyadan axirətə nəql edər, bir evdən bir evə köçər» gibidir. Qiyamət günündə hesabsız olaraq övliya məqamında olar. Cənnəti-ə’lada Həqqin cəmalını və nurunu müşahidə qılar. Ol nur ilə müğtənəm olar. «Əl mö’minun la yəmətun bəl yəntəqlunə min dərül-fəna əla darul-bəqa» mənzilinə irişərlər».
Və daha buyurur: «Könül üç vəch üzərinədir. İkisi xəlqin, birisi talibindir. Ona heyran deyirlər. Daim məhbubunu tamaşa edər, eşqindən heyran olar. Hər harada kim baxarsa, ona görünər və məhbubun cəmalını seyran edər. Bilmiş olasan kim, bu vəhc üzərə kişi əgər dünyada və əgər axirətdə övliya məqamındadır».

5-35. ÜÇLƏR, YEDDİLƏR VƏ QIRXLAR MƏQAMI

Şeyx Sədrəddin ayıtdı: «Ya Şeyx! Bir talib övliya sülukun bilməsə, məqamı olurmu, yoxsa olmazmı?»
Şeyx Səfiəddin həzrətləri ayıtdı: «Talibin üçü bir yerdə olsa, cənnəti-övliyadır, üçlər məqamıdır.
Ol üçün biri qütbdür övliya mərtəbəsində. Ol ikisi imamın mərtəbəsində olurlar. Biri qütbün sağ yanında və bir sol yanındadır.
Əgər kim, talibin yeddisi bir yerdə olsa, sidqi-övliyadır, yeddilər məqamıdır. Ol vaxt yeddinin biri övliya mərtəbəsindədir.
Və əgər talibin qırxı bir yerdə olsalar, təriqi-məşayixdir, qırxlar məqamıdır. Və yenə ol vaxt ülayı-zat hasil olur. Talibin könül ayinəsi silinir, pak olur, şöylə bilgil kim».

5-36. ŞAH XƏTAİNİN TƏFSİRİ

Mürtəza Əliyi candan sevərsən,
Qəflətdən gözünü gəl aç, oyan,dur.
Müsahibsizlər ilə durub oturma,
Bir içim su içərsən gəl ziyandır.

Rəhbəri o gündə gerçək bir olmuş,
Varlığından su meydada soyulmuş,
Gizli gəncə orda ustad saylımış,
O nədir həqq bilir, şaha əyandır.

Getdigi yolun ədəbin taxıdan,
Varlığın aldırır tikib toxudan,
Həm bir cəm’ içrə təbərra oxudan,
Əli sirrin ami-nasə deyəndir.

Can gözü bağlıdır, həqqi görənməz,
Ustadın yoluna doğru varanmaz,
Cəm’iyyətdə sualını verənməz,
Dörd qapı bu qədər halı bəyandır.

Şah Xətai aydır: yer-göy yaradan,
Mən ağdan oxuram, biləm qaradan,
Deyin çıxsın halı bilməz aradan,
Mö’min müslim al rənglərə boyandı.

5-37. RƏHMANİ SUFİLƏR

Şeyx Səfiəddin həzrətləri cəm’iyyət həqqində buyurur kim: «Bir talib həlqədə oturmuş olsa, nəzəri dışarıda olsa, yəziddir. Bu təriq içində olan kişiyə lazımdır ki, əhli-riza ola. Əgər böylə olmaz isə, təriqətdən durdur».

HEKAYƏT

Günlərdə bir gün Şeyx Səfiəddin həzrətləri gedirmiş kəndi talibləri adın sorub bir bağçaya seyran edirmiş. Şeyx həzrətləri /gördü/ bir ağacda üç alma durur. Bə’d dolanıb yenə ol ağac dibinə gəldi, baxdı gördü ol almanın biri yoxdur. Xəbər sorub, bağvandan ayıtdı: «Bu ağacda üç danə alma var idi. Hala birisi yoxdur, necə oldu? – dedi.
Bağvan ayıtdı:- «Şahım, kəndi düşdü».
Şeyx ayıtdı: -«Hanı, necə oldu?»
Bağvan ayıtdı:- «Bir sufi istədi, verdim».
Şeyx ayıtdı: -«İstədimi aldımı? Yoxsa istəmədimi, sən verdin?»
Bağvan ayıtdı:- «İstəmədi, mən verdim».
Şeyx ayıtdı:- «Bahasın verdimi aldı, yoxsa vermədimi aldı?»
Bağvan ayıtdı:- «Şahım! İstəmədən bahasın verdi».
Şeyx ayıtdı:- «İstədinmi aldın bahasın, yoxsa istəmədinmi verdi?»
Bağvan ayıtdı:- «İstəmədən verdi».
Şeyx Səfiəddin həzərtləri Cənabi-Həqq həzrətlərinə çox şükürlər edib ayıtdı: «Əlhəmdülillah, Əliyyən Vəliyullah! Süfilərim rəhmani imişlər, şeytani degillərmiş, - deyib, şükür və səna edib, dua etdilər».

5-38. ŞAH XƏTAİNİN TƏFSİRİ

Söylərəm, ey padşahlar padşahı, çox şükür,
Bəndənin ümmidi sənsən, həm pənahı, çox şükür,
Əfv edərsən sirləri, sirrimizə agahsan,
Çox şükür dərgahına, ya Rəbb, İlahi çox şükür.

Sən yaratdın yeri göyü, bizimçün tutdu qərar,
Dönsə də çərxü fələk leylü nəhar, dönməz qərar,
Pəs bizimçündür dünyavü və üqba hər nə var,
Çox şükür dərgahına, ya Rəbb, İlahi, çox şükür.

Bizim üçün xəlq eylədin abü atəş, xakü bad,
Cismimizə can da verdin, bizə Adəm qoydun ad,
Yaradılmış səndən oldu cümlə məqsudü murad,
Çox şükür dərgahına, ya Rəbb, İlahi, çox şükür.

Görməgə göz verdin, eşitməgə sən verdin qulaq,
Tutmağa əl verdinü yügürməgə verdin ayaq,
Hər nə yerə əzm edərsən yenə az, yaxın, iraq,
Çox şükür dərgahına, ya Rəbb,İlahi, çox şükür.

Səngi-pulad arasından həm verirsən od bizə,
Ət ilə qan arasından verirsən süd bizə,
Çox kərəmlər göstərirsən, ey Kərim, məqsud bizə,
Çox şükür dərgahına, ya Rəbb, İlahi, çox şükür.

Lütfü ehsanü kərəm səndən gəlir, bizdən xəta,
Ol qənimət qismətini kəsmədin öndən sona,
Bu Xətai xəstə cün qapında durmuş bir gəda,
Çox şükür dərgahına, ya Rəbb, İlahi, çox şükür.

«ƏL-BUYURUQ» RİSALƏSİNDƏ ÇƏTİN ANLAŞILAN SÖZLƏRİN LÜĞƏTİ

Əsədullahül-qalib – Həzrət Əlinin adlarından biri: Allahın çox qüvvətli şiri
Ayıtdı – söylədi, dedi
Qürbi-həqq – haqqa yaxınlıq
Müvasilət – bir-birinə yetişmə, qovuşma
Qaç – neçə
Nəsnə – bir şey, nəsə, nə isə
Süluk – rəftar, hərəkət tərzi; təsəvvüfə mənsub olmaq, riyaziyətlə məşğul olmaq
Vəslət – birləşmə, vüsala çatma
Ümməti-xass – seçilmiş, bəyənilmiş ümmət
Lölö – inci, durr
Mühibb – sevən, məhəbbət bəsləyən; dost
Təriq – yol
Mucib – səbəb, bais; lüzum, zərurət
Kəndisinə – özünə
Pənd – nəsihət
Ləfzi – göhərbar – fəsahətli, qiymətli sölər
Andan – ondan
İrişdi – çatdı, yetişdi
İrşad – doğru yol göstərmə, düzgün yola çəkmə
Mənaqib – tərifə layiq sifətlər
Filhal – indi, hazırda; bu saat
Təzərrö – itaətkarlıq, yalvarmaq
Təsərrüf – yiyələnmə, zəbt etmə; israf etmə
Məğbun – aldanmış
Mərdud – rədd olunmuş, qovulmuş; səfil
Məğfur – bağışlanmış; günahları əfv edilmiş
Məzhər – bir şeyin zahir olduğu yer; təzahür
İradət – istək, arzu, dilək; əzm, ixtiyar
Qillü ğəş – hoqqabazlıq, riyakarlıq
Lövhül-məfhuz – Allahın bütün göstərişləri yazılan kitab
Lövhül-insan – insanın yazdığı kitab; insanın qəlbi
İxtilat – yaxın əlaqə, görüş; ünsiyyət; söhbət
Münkir – inkar edən, danan; inanmayan, inamsız
Münafiq – ikiüzlü, riyakar, ikitirəlik salan
Sərkeş – itaətsiz, inadkar
Xud – özü
Əleyhillə’nə – lə’nət olmuş
Mətrud – uzaqlaşdırılmış, rədd edilmiş, qovulmuş
Bisəbr – səbrsiz, təmkinsiz
Təharət – təmizlik, paklıq
Abdəst – dəstəmaz
Çahərdəh mə’sum – on dörd pak məxluq /Məhəmməd /s/, Əli /s/, Fatimə /s/ və onların on bir övladı, imamlar/
Şəfi – şəfaət verən, günahları bağışlayan; hamilik edən
Məşayix – şeyxlər, alimlər
İsti’anət – yardım, kömək istəmə
Təbərra – uzaqlaşma, çəkilmə, uzaq durma
Təvəlla – dostluğu qazanmaq üçün təşəbbüs
Baqi – daimi, əbədi
Mücahidə – çalışma, səy etmə; cihad edən, din yolunda vuruşan
Mücəlla – cilalandırılmış, parlaq
Mürəbbi – tərbiyə edən, müəllim
Didar – görüş, göz
Cüda – uzaq; ayrı
Qövl – söz, danışıq, və’d
Təqva – paklıq, möminlik
Tövhid – Allahın birliyinə inam
Cəla – ayrı düşmə, ayrılma; cilalama, parıldatma
Kəsrət – çoxluq, bolluq, artıqlıq
Vəhdət – birlik
Müamilə – rəftar, hərəkət
Təqsim – bölmə, hissəyə ayırma
Taət – itaət. boyun əymə
Əleyhirrəhmə – Allah rəhmət eləmiş, rəhmət olmuş
Bargah – saray
Cəm’ – toplama; cütləşmə
Xinzir – donuz; xain, qəddar
Təhəmmül – qatlaşma, səbr etmə, dözüm
İxlas – sədaqət, ürəyi təmizlik, səmimiyyət
Nütfə – maya, toxum
Məhəll – yer, məkan, məqam
Məzmumə – məzəmmət edilmiş, bəyənilmiş; əlavə edilmiş, artırılmış
Məhar – yüyən, cilov, noxta
Siratül-müstəqim – cəhənnəm üzərində qurulmuş qıl körpü; doğru yol
Büğz – ədavət, kin, nifrət
Büxl – paxıllıq; xəsislik, simiclik
Təmə’ – tamah, acgözlük
Əşədd – daha şiddətli
Duzəx – cəhənnəm
Də’va – tələb, iddia; dava
Mə’na – səbəb, mövzu, məsələ
Tərd – qovma, uzaqlaşdırma
Təsdiq – sadiqlik, düzlük
Ələst – qiyamət
Təfərrüc - qəm-qüssəni dağıtmaq
Əvam – avam; camaat
Rəhmani – rəhmli, Allahı tanıyan
Üqba – axirət, o biri dünya
Səngi-pulad – polad daş